“Tottenhem”dən istefaya göndərilən Maurisio Poçettino yenidən premyer liqa klublarından birində çalışa biləcəyini istisna etməyib.
“Sky Sports”a açıqlama verən argentinalı mütəxəssis bunları söyləyib: “Əlbəttə, mən premyer-liqaya qayıtmaq istərdim. Mən bu turniri və ingilis azarkeşləri çox sevirəm. Premyer liqa dünyanın ən güclü çempionatlarından biridir. İstənilən məşqçi burada işləmək istəyər. Görək gələcəkdə bizi nə gözləyir. Amma dünyada çempionat təkcə İngiltərədə keçirilmir. Başqa liqalar da var. Mən digər çağırışlara da cavab verməyə hazıram”.